XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Formula​ 1 həyəcanı "yaşıl qitə"dən başlayacaq
İdman 10:16 / 27.04.2020

Formula​ 1 üzrə dünya çempionatının yeni mövsümünün təxmini başlama tarixi müəyyənləşib. Bu barədə qurumun rəsmi twitter səhifəsi məlumat yayıb.

Bildirilib ki, mövsümün 15-18 yarışdan ibarət olması və həftəsonları keçirilməsi planlaşdırılır. Koronavirus pandemiyası ilə əlaqədar olaraq keçirilməyən Formula 1 "yaşıl qitə"dən start götürəcək. Belə ki, iyulun 3-5-də Avstriya Qran-Prisi təşkil olunacaq.
Qeyd edək ki, mövsümün əvvəlki 10 mərhələsindən 3-ü ləğv edilib, yeddisi, o cümlədən Azərbaycan Qran-Prisi qeyri-müəyyən müddətə təxirə salınıb.

31961 oxunub

InvestAZ