XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Koronavirus US Open turnirinə də təsir etdi
İdman 17:57 / 26.04.2020

ABŞ-ın tennis üzrə açıq çempionatı (US Open) payızın sonlarına təxirə salına​ bilər.

Bu barədə Rusiya Tennis Federasiyasının prezidenti Şamil Tarpişev məlumat verib. ABŞ-ın açıq çempionatı avqustun 24-dən sentyabrın 13-dək Nyu-Yorkda keçiriləcək. Lakin turnirin başqa şəhərə və ya daha sonrakı tarixə köçürülməsi məsələsi hələ müzakirə olunur.

"Turnirlərin vaxtı və yeni tarixləri barədə danışmaq hələ tezdir. Hazırda turnirin payızın sonlarına keçirilməsi müzakirə olunur. Vəziyyətin çətin olması ilə bağlı dəqiq bir söz​ demək mümkün deyil”,- Ş. Tarpişev bildirib.
Qeyd edək ki,​ Nyu-York koronavirus pandemiyasından ən çox zərər çəkən şəhərlər sırasında yer alır. Hazırda Nyu-York kortları koronavirusla əziyyət çəkənlər üçün hospital kimi fəaliyyət göstərir. Bu səbəb ilə​ US Open-2020 tennis turnirinin başqa şəhərdə keçirilməsi ilə bağlı xəbər yayılıb. Belə ki, Marca-nın məlumatına görə, turnirin ABŞ-ın İndian-Uells şəhərində keçirilməsi məsələsi müzakirə olunur. İndian-Uells hər il eyni vaxtda "Master” və " Premyer” turnirlərini keçirir. Bu isə şəhərin bu tipli turnirlərin keçirilməsi üçün hər bir şəraitin olmasında xəbər verir.



32642 oxunub

InvestAZ