XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Bakıda ilk dəfə aerobika gimnastikası üzrə Avropa çempionatı keçiriləcək
İdman 09:26 / 23.02.2019

Mayın 24-26-da Bakıda ilk dəfə aerobika gimnastikası üzrə Avropa çempionatı keçiriləcək.
Gimnastikanın müxtəlif növləri üzrə bir çox irimiqyaslı yarışlara ev sahibliyi edən Milli Gimnastika Arenası bu dəfə öz qapılarını Avropanın dinamik və enerjili gimnastika növünün təmsilçilərinə açacaq. Üç gün davam edəcək çempionatda aerobika gimnastları medallar uğrunda mübarizə apararaq, öz aralarında ən güclüləri müəyyənləşdirəcəklər.
Böyük və gənc gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aero dans, aero step (yalnız böyüklər) proqramında yarışacaqlar. Qaydalara əsasən, bir iştirakçı bu kateqoriyaların maksimum 3-də çıxış edə biləcək. Komanda hesabında qaliblər isə 5 ən yaxşı çıxışa görə müəyyən ediləcək.
XI Avropa çempionatda hər bir kateqoriya üzrə təsnifat və final mərhələləri baş tutacaq.

32155 oxunub

InvestAZ