XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Ronaldo:“Zizu, xahiş edirəm otaqdan çıx”
İdman 19:44 / 25.04.2020
Braziliya millisinin futbolçusu Sisinyo 2006-cı ildə futbol üzrə dünya çempionatından sonra baş vermiş maraqlı hadisəni yad edib. Keçmiş oyunçu Fransanın qələbə qazandığı çempionatdan sonra Zinəddin Zidanın braziliyalıların soyunma otağına gəldiyini deyib. "Oyundan sonra Zinədin Zidan Ronaldo ilə köynəklərini dəyişmək üçün soyunma otağımıza gəldi. Lakin otağda dəhşətli bir ab-hava var idi, bəzi futbolçular hətta ağlayırdılar. Bu zaman Ronaldo Zidana: "Zizu, xahiş edirəm otaqdan çıx. Hərkəs əsəbləşib. Təbrik edirəm, siz bizim üzərimizdə qələbə qazandınız. Amma xahiş edirəm çıx get otaqdan” dedi. Zinədin Zidan isə sakit şəkildə köynəyi götürüb, otağı tərk etdi”,- deyə Sisinyo xatırlayıb.

35766 oxunub

InvestAZ