XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Türkiyə Superliqası iyun ayında bərpa olunacaq
İdman 16:15 / 25.04.2020

Koronavirus pandemiyasına görə dayandırılan Türkiyə Superliqasının matçları iyunun 10-dan sonra bərpa oluna bilər.

Bunu Klublar Komitəsinin sədri Mehmet Sepil aprelin 24-də Gənclər və İdman naziri Mehmet Muharrem Kasapoğlu, Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdemir və yerli komandaların rəhbərliyinin iştirakı ilə keçirilən videokonfransda müzakirə olunan məsələlər barədə danışarkən deyib.
O bildirib ki, liqalar və kubok matçlarının startı üçün ehtimal olunan tarixlər iyunun 11, 12 və ya 13-dür. M.Sepil yarışları iyulun 26-dək başa çatdırmaq istədiklərini söyləyib. Klublar Komitəsinin rəhbəri qarşılaşmaların azarkeşsiz keçirilə biləcəyini də istisna etməyib.
Qeyd edək ki, Türkiyədə yerli liqalar martın 19-da dayandırılıb.


32065 oxunub

InvestAZ