XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Azərbaycan Premyer Liqasının bərpa vaxtı müəyyənləşdi
İdman 14:50 / 25.04.2020


Koronavirus pandemiyasına görə qeyri-müəyyən müddətədək təxirə salınmış futbol üzrə Azərbaycan Premyer Liqasının oyunları mayın sonlarında bərpa oluna bilər.
Bu barədə Peşəkar Futbol Liqasının (PFL) Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev məlumat verib.
Qurum rəsmisi bildirib ki, hər şey karantin rejiminin müddətindən asılıdır: "Mayın 4-nü gözləyirik. Karantin götürülsə, bizim üçün heç bir problem qalmayacaq. Hətta hər turun oyunlarını eyni gündə deyil, 2 gündə keçirsək belə, vaxt kifayət edəcək. Hazırlıq müddəti ilə bağlı klublara sorğu göndərmişik. Yəqin ki, qalan bölüm öncəsi təlim-məşq toplanışı üçün komandalara 2-3 həftə vaxt veriləcək".
A.Şahgəldiyevin sözlərinə görə, yeni təqvimə oyunların azarkeşsiz keçirilib-keçirilməyəcəyinin də təsiri olacaq: "Azarkeşlərə icazə verilsə, matçları həftəsonuna salmağa çalışacağıq. Azarkeşsiz olsa, oyunları həftəiçi də keçirə bilərik".
Mətbuat katibi əlavə edib ki, AFFA və PFL-in məqsədi mövsümü başa çatdırmaqdır: "Rəhbərlik səviyyəsində bütün məsələləri müzakirə edirik. Klubların razılığı olmadan heç bir qərar qəbul etmək fikrində deyilik. Məqsədimiz çempionatı başa çatdırmaqdır".
Qeyd edək ki, Azərbaycan Premyer Liqası və I Divizionda mövsüm martın 13-dən dayandırılıb.


32114 oxunub

InvestAZ