XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Çempionluq "Ayaks"a verilmədi
İdman 14:03 / 25.04.2020


Koronavirus pandemiyasına görə Niderland çempionatında cari mövsüm ləğv olunub.
Çempion elan olunmayacağı və yüksək liqanı heç bir komandanın tərk etməyəcəyi bildirilib. Yeni mövsümdə isə hazırkı 18 klub iştirak edəcək.
Avrokuboklara vəsiqələrin sahibi turnir cədvəlindəki hazırkı sıralamaya əsasən müəyyənləşəcək. Lider "Ayaks” Çempionlar Liqasının pley-off mərhələsində, 2-ci olan "AZ Alkmar” ikinci təsnifat mərhələsində, 3-cü pillədə qərarlaşan "Feyenoord” Avroliqanın qrup mərhələsində, PSV və "Villem II” isə (4-5-ci yerlər) ikinci təsnifat mərhələsində iştirak edəcək.
Bundan başqa, Hollandiya kubokunun "Utrext” – "Feyenoord” finalı da baş tutmayacaq.
Qeyd edək ki, Niderland Erediviziyası martın 12-də koronavirus pandemiyası səbəbindən dayandırılıb.


52979 oxunub

InvestAZ