XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Pandemiyaya görə klublara maliyyə yardımı ediləcək
İdman 18:40 / 24.04.2020

UEFA koronavirus pandemiyasına görə ciddi problemlərlə üzləşən Avropa klublarına maliyyə yardımı edəcək.
Bu barədə qurumun İcraiyyə Komitəsi qərar qəbul edib.
Qərara əsasən, UEFA bayrağı altında yarışlarda iştirak edən 55 milli assosiasiyanın 676 klubuna ümumilikdə 70 milyon avro ödəniləcək.
Aprelin 23-də keçirilən videomüşavirədə milli çempionatların bərpası ilə bağlı məsələ də müzakirə olunub. Yekunda belə bir qərar qəbul olunub ki, hər bir ölkədə mövsümün bütün yarışlarının başa çatdırılması, habelə digər məsələlərin həllilə bağlı planların tərtib olunması üçün yerli assosiasiyalara mayın 27-dək vaxt verilsin. Məhz həmin gün UEFA-nın İcraiyyə Komitəsi növbəti videokonfransını keçirəcək və qitənin milli assosiasiyalarının təqdim edəcəkləri planları müzakirəyə çıxaracaq.

38941 oxunub

InvestAZ