XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Doğuldugu xəstəxananı unutmayan xeyirxah​ ulduz
İdman 12:14 / 23.04.2020

Uels millisinin və Madrid​ "Real"ının​ yarımmüdafiəçisi Qaret Beyl də koronavirusla​ mübarizədə yardım kampaniyasına qoşulub.​ Uels Universiteti Xəstəxanasına 500 min funt-sterlinq bağışlayıb. Bu barədə sözügedən xəstəxananın yaydığı açıqlamada bildirilir:
"Uels yığmasının və "Real"ın futbol əfsanəsi Qaret Beyl və həyat yoldaşına böyük yardımı üçün təşəkkür edirik".
Beyl isə​ bu xəstəxanada doğulduğunu və buranın onun üçün özəl bir yer olduğunu deyib:​ "Ən çətin mübarizə hazırda səhiyyə işçilərinin üzərinə düşür. Bu xəstəxana mənim üçün çox özəldir. Çünki mən burada anadan olmuşam. Xəstəxananın mənə və ailəmə böyük xidmətləri olub. Biz də indi onlara dəstək vermək istədik".

52135 oxunub

InvestAZ