XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



UEFA-nın B planı hazırdır
İdman 10:08 / 23.04.2020

Avrokubokların 2020/21 mövsümünün B planına əsasən, koronavirus pandemiyası ilə əlaqədar dayandırılan milli çempionatlar davam etdirilməsə, qitə kuboklarına vəsiqələr turnir cədvəlinə əsasən müəyyənləşdirilməyəcək. Belə olarsa, avrokuboklara vəsiqələr klubların UEFA reytinqindəki hazırkı mövqeyinə əsasən bilinəcək.
Qitə futbol qurumunun B planı işə düşəcəyi təqdirdə, gələn mövsüm Çempionlar Liqasının (ÇL) qrup mərhələsində mübarizə aparacaq 26 klubun adları bəllidir. Yalnız 6 komanda pley-offdan yoluna davam edəcək.
İngiltərədə son 5 il ərzində ən yüksək reytinq "Mançester Siti"nin olsa da, "şəhərlilər"in diskvalifikasiyası "Tottenhem"in yolunu açacaq. Cari mövsüm daxili birincilikdə aşağı pillələrdə qərarlaşan "Arsenal", "Atletiko", "Bayer", "Şalke" kimi klublar üçün bu, əsl fürsət olacaq. Əvəzində "İnter", "Marsel", "Çelsi" ÇL-dən kənarda qalacaqlar.
UEFA-nın B planına əsasən gələn mövsüm ÇL-də mübarizə aparacaq klublar:

İngiltərə: "Liverpul", "Mançester Yunayted", "Arsenal", "Tottenhem"
İspaniya: "Real", "Atletiko", "Barselona", "Sevilya"
Almaniya: "Bavariya", "Borussiya (Dortmund), "Bayer", "Şalke"
İtaliya: "Yuventus", "Roma", "Napoli", "Latsio"
Fransa: PSJ, "Lion", "Monako"
Rusiya: "Zenit", MOİK
Portuqaliya: "Portu"
Ukrayna: "Şaxtyor"
Belçika: "Gent"
Türkiyə: "Beşiktaş "
Avstriya: "Zalsburq"
Qeyd edək ki, bu plan təsdiqlənərsə, Azərbaycandan "Qarabağ" Çempionlar Liqasına, "Qəbələ", "Neftçi" və "Səbail" Avropa Liqasına vəsiqə qazanacaq.

32404 oxunub

InvestAZ