XƏBƏR LENTİ
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025
24 İyun 2025
23 İyun 2025
19 İyun 2025



Olimpiadanın biletləri gələn il də qüvvədə olacaq
Olimpiya oyunları 20:54 / 22.04.2020

Beynəlxalq Olimpiya Komitəsi (BOK) "Tokio-2020” Yay Olimpiya Oyunlarının koronavirus pandemiyası səbəbindən təxirə salınması ilə bağlı bəzi məqamları açıqlayıb.

Tokio-2020 Təşkilat Komitəsi bu il Olimpiada üçün alınan biletlərin 2021-ci ildə də etibarlı olacağını və yarışlara gələ bilməyən bilet sahiblərinə kompensasiya ödəniləcəyini bildirib. Qeyd edilib ki, BOK otel və ya təyyarə biletləri üçün sifarişlərə görə məsuliyyət daşımır. Çünki burada üçüncü tərəf var. Olimpiya Oyunlarında tamaşaçı kimi iştirak etmək istəyənlər onları maraqlandıran suallara cavab almaq üçün birbaşa Tokio-2020 Təşkilat Komitəsi və ya sifariş verdikləri şirkətlərlə əlaqə saxlaya bilərlər.


40187 oxunub

InvestAZ