XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Nazir müavini İsmayıl İsmayılov Zəhra Salmanlı ilə görüşdü
İdman 15:13 / 22.02.2019


Bu gün gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov Tehranda keçirilən karate üzrə beynəlxalq turnirin qalibi Zəhra Salmanlı ilə görüşüb. Nazir müavini bütün rəqiblərinə qalib gələrək 1-ci pilləni tutan idmançımızı təbrik edib və Azərbaycan bayrağının müdafiəsində göstərdiyi qəhrəmanlığa görə Zəhraya təşəkkürünü bildirib. Gələcək yarışlarda və təhsilində ona uğurlar arzu edib.
Belə ki, Tehranda turnirin keçirildiyi zalda Azərbaycan bayrağı erməni bayrağının altında asıldığını görən Zəhra buna etirazını bildirib və təşkilatçılara bayrağın yerinin dəyişdirilməyəcəyi təqdirdə yarışda iştirak etməyəcəyini söyləyib. İdmançımızın kəskin israrından sonra Azərbaycan bayrağının yeri dəyişdirilib.
Daha sonra yarışa başlayan Zəhra rəqiblərini məğlub edib və 1-ci yerə çıxıb.
Görüşdən sonra gənc idmançıya mükafat və diplom təqdim olunub.


31445 oxunub

InvestAZ