XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



"Vəfatımdan sonra beynimin alimlərə qalmasını istəyirəm"
İdman 14:09 / 20.04.2020
 ​
UFC-nın braziliyalı döyüşçüsü Paulo Kosta ictimaiyyətlə gələcək planları ilə bölüşüb. İdmançı səhhətinin qeydinə qalaraq, ringdə uzun müddət qalmayacağını deyib.​
"Məlumdur ki, beyin hüceyrələri bərpa edilmir. Zərbələr hüceyrələrin azalmasına və refleks hissinin zəifləməsinə gətirib çıxardır. Bu da öz növbəsində danışıq qabiliyyətinə və yaddaşa mənfi təsir göstərir. Mənə bu mövzu çox maraqlıdır. Mən parlaq karyera sahibi olmaq istəyirəm. Lakin 36 yaşımdan sonra döyüşməyəcəyimə əminəm. Bunun ​ beyin üçün vacib olduğunu bilirəm və beynimin qayğısına qalıram. Məsələn, məşq zamanı mən MMA əlçəklərindən istifadə etmirəm. Mən yalnız boks əlçəklərinə üstünlük verirəm. Həmçinin başımı zərbələrdən qorumaq üçün dəbilqədən istifadə edirəm. Ölümümdən sonra beynimin alimlərə qalmasını istəyirəm", - deyə 29 yaşlı idmançı bildirib.​

39101 oxunub

InvestAZ