
"Olimp" nə deməkdir? Olimp Yunanıstanda ən yüksək dağ massivi olub, Egey
dənizi sahilində yerləşir. Hündürlüyü 2911 m-ə qədərdir. Əhəng daşı və yamacları
dar dərələrlə kəsişmişdir. Bu dağın həmişə yaşıl kolları, enliyarpaqlı şam meşələri
var. Qədim yunan mifologiyasında Olimp müqəddəs dağ, Zevs başda olmaqla
Yunan allahların məkanı hesab olunurdu.
Olimpiya oyunları dörd ildən bir Peloponnes yarımadasında yerləşən
Olimpiya şəhərində keçirilirdi. Ən böyük və məşhur idman yarışları Olimp dağının
ətəyində keçirildiyi üçün bu oyunlar Olimpiya Oyunları adlanırdı.
Beynəlxalq idman aləminin ən populyar ictimai təşkilatı, dörd ildən bir keçirilən
ən böyük beynəlxalq idman müsabiqəsi. Qədim Yunanıstanda mövcud olmuş
Olimpiya oyunlarının bərpa olunması təşəbbüsünü XIX əsrin sonlarında fransız
ictimai xadimi baron Pyer de Kuberten təklif etmişdir. 394-cü ildə qadağan edilən
Olimpiya oyunları yenidən 1896-cı ildə bərpa edildi. Oyunların keçirilməsinin
təşkili üçün Beynəlxalq Olimpiya Komitəsi (BOK) yaradıldı. Onun dövründə Yay
Olimpiya Oyunları kimi tanınan bu beynəlxalq tədbir 1896-cı ildən etibarən hər 4
ildən bir keçirilir. Bura dünya müharibələrinin baş verdiyi illər daxil deyil. 1924-cü
ildə Qış Olimpiya Oyunları təsis edildi. Əvvəllər yay və qış oyunları eyni ildə
keçirilirdi, lakin 1994-cü ildə Qış Olimpiya Oyunlarının keçirilməsi yay oyunlarına
nəzərən iki il irəli çəkildi.
1896–2016-cı illər Yay Olimpiya oyunlarının tarixində dörd dəfə Olimpiya
oyunları keçirilməmişdir. Onlardan VI Berlin Yay Olimpiya oyunları, çünki I
Dünya müharibəsi gedirdi, XII Tokio və XIII London Yay Olimpiya oyunları,
çünki II Dünya müharibəsi gedirdi, "Dostluq-84” (XXIII, Los-Anceles, 28 iyul - 12 avqust 1984), Olimpiya ili hələ başlamamışdan əvvəl ABŞ-ın Milli Olimpiya Komitəsi və Oyunların təşkilat komitəsi Sovet İttifaqı və digər sosialist düşərgəsinə daxil olan ölkələrin də olimpiadada iştirak etməsi üçün əllərindən
gələni etməyə çalışırdılar. Qeyd olunurdu ki, oyunlar ABŞ-a məxsus deyil, yalnız
Amerika torpağında keçəcək. Bir də ki, Olimpiya oyunları bütün dünyaya
məxsusdur. Ancaq SSRİ-nin siyasi rəhbərləri 1980-ci ilin əvəzini çıxmaq üçün
Los-Anceles olimpiadasını boykot etmək qərarına gəldilər. Dördilliyin ən böyük
yarışlarına hazırlaşmış, amma olimpiadada çıxış etmək imkanından məhrum
olmuş atletlərin öz ustalıqlarını nümayiş etdirə bilmələri üçün 1984-cü ilin may
ayında Sosialist ölkələrinin idman rəhbərləri "Dostluq-84” yarışlarını keçirmək
qərarına gəldilər. Yarışlar təkcə SSRİ-də keçirilmədi. İdman qurğularının hazırlıq
səviyyəsi nəzərə alınmaqla yarışların iştirakçıları Moskva, Tallin, Praqa, Havana,
Budapeşt, Sofiya, Berlin, Varşava, Pxenyan və digər şəhərlərə toplaşmışdılar. Bu yarışlarda dünyanın 50-dən yuxarı ölkəsinin nümayəndəsi 28 olimpiya idman növü
üzrə mübarizə aparmışdır. 12 dünya və 72 Olimpiya rekordundan yüksək nəticələr
göstərilmişdir. "Dostluq-84” yarışlarının Təşkilat Komitəsinin sədri xalqımızın
ümummilli lideri Heydər Əliyev olmuşdur. Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin dediyi kimi: "Olimpiya Oyunları təkcə idman yarışı deyil, həm də
böyük siyasətdir. Olimpiya Oyunları böyük bir idman hadisəsidir və deyə bilərəm
ki, dünya miqyasında çox böyük ictimai hadisədir.
XXXII Olimpiya (Yaponiyanın Tokio 24 iyul-9 avqust) oyunları da
vaxtında keçirilməyəcək. Təxrə salındı. Yaponiyanın Baş naziri Sindzo Abe
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxa bütün dünyanı cənginə
almış koronavirusun (Covid - 19) yarada biləcəyi təhlükə ilə bağlı Tokio-2020 Yay
Olimpiya oyunlarının növbəti, 23 iyul - 8 avqust 2021-ci ilə keçirilməsi barədə
təklif irəli sürərək, qarşı tərəfdən müsbət cavab alıb.
81419 oxunub