XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



"Şəhərlilər" "qoca sinyora"nın təklifinə yox dedi
İdman 15:15 / 19.04.2020

"Mançester Siti" "Yuventus"un transfer etmək istədiyi Qabriel Jesusla bağlı qərarını verib. "Şəhərlilər" hücumçunu Turin klubuna satmayacaq. Jesusun komandada qalmasını istəyən ingilislər, "qoca sinyora"nın təklifindən imtina edib.
"Yuventus"un Jesus üçün qarşı tərəfə Duqlas Kostanı təklif etdiyi deyilirdi. İtaliya təmsilçisi 23 yaşlı Jesusa start heyətində daimi iştirak edəcəyini bildirmişdi.
Qeyd edək ki, cari mövsümdə "Mançester Siti"nin heyətində 39 oyunda iştirak edən braziliyalı futbolçu, 18 qolla yadda qalıb. Onun klubla müqaviləsi 2023-cü ilin iyununadək nəzərdə tutulub.

36163 oxunub

InvestAZ