XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



İbrahimoviç şərtini açıqladı
İdman 14:03 / 19.04.2020

İsveçli futbolçu Zlatan İbrahimoviç növbəti mövsümü də "Milan"da keçirməyə hazırdır. "Milan" Çempionlar Liqasında mübarizə aparmaq üçün heyətini gücləndirsə, İbrahimoviç komandada qalacaq. İsveçli futbolçu 2013-14 mövsümündən bəri ÇL-dən uzaq düşən "qırmızı-qaralar"ı yenidən "Avropanın ən böyük arenası"na qaytarmağı və yalnız bundan sonra "müsbət notlar"la ayrılmağı planlaşdırır.
Müqavilənin maliyyə məsələləri Zlatan üçün prioritet deyil. O, ilk növbədə, "Milan"ın genişmiqyaslı transfer kampaniyası aparmasını istəyir.
Cari mövsümdə aktivində 36 xalı olan Milan təmsilçisi İtaliya A Seriyasında 7-ci sırada qərarlaşıb. Komanda Çempionlar Liqasına vəsiqə verən 4-cü pillədən 12 xal geri qalır.

46354 oxunub

InvestAZ