XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Formula 1 yarışları azarkeşsiz keçiriləcək?
İdman 13:21 / 19.04.2020

Formula 1 komandalarının, Beynəlxalq Avtomobil Federasiyasının (FIA) və "Liberty Media”nın nümayəndələrinin iştirakı ilə telefon konfransı keçirilib. Konfransda mövsümün başlanması tarixi müzakirə edilib. "McLaren” komandasının rəhbəri Zak Braun Britaniyanın "Radio Four” radiosunun efirində çıxış edib. Çempionatın iyul ayında başlanacağını faktiki olaraq təsdiqləyən Zak Braun əlavə edib ki, bütün Avropa mərhələlərinin boş tribunalarla, tamaşaçısız keçəcəyi ehtimal olunur.
Zak Braun deyib: "Hələ ki bunlar hamısı ehtimallardır, Böyük Britaniya Qran Prisi isə əvvəl planlaşdırılmış tarixlərdə, amma tamaşaçısız keçəcək. Ehtimal ki, bütün qalan Avropa mərhələləri də eyni ssenari üzrə keçəcək.
Yeni təqvim çox gərgin olacaq və biz mümkün qədər çox yürüş keçirmək üçün müxtəlif variantlara baxırıq. İdeyalardan biri – eyni trasda, o cümlədən Silverstoun trasında bir neçə mərhələ keçirməkdir”.
Zak Braun bildirib ki, indi Formula 1-də mürəkkəb maliyyə durumunda olan komandaların xərclərini azaltmağa imkan verən variantları qiymətləndirirlər. O deyib: "Çox mürəkkəb vəziyyət yaranıb, çünki biz yürüşlərdə iştirak etmirik və gəlirimiz yoxdur.
Promouterlər, sponsorlar və tərəfdaşlar bizə çox kömək edirlər, amma onlar özləri çətinliklərlə üzləşiblər. Beləliklə, biz xərcləri maksimal azaltmışıq ki, yürüşlər yenilənəcək vaxta qədər dözə bilək”.

33153 oxunub

InvestAZ