XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Ən güclülər onlayn superturnirdə bir araya gələcəklər
İdman 13:00 / 18.04.2020

Aprelin 18-də hazırkı dünya çempionu, norveçli Maqnus Karlsenin təşkilatçılığı ilə onlayn superturnir start götürəcək.
Pandemiya dövrünün ən nüfuzlu turnirində Maqnus Karlsenlə yanaşı, amerikalı şahmatçılar Fabiano Karuana, Hikaru Nakamura, fransalı Maksim Vaşe-Laqrav, çinli Liren Dinq, rusiyalı Yan Nepomnyaşi, Niderland təmsilçisi Aniş Giri və FIDE bayrağı altında çıxış edən Əlirza Firuzca mübarizə aparacaqlar. Turnirin mükafat fondu 250 min dollardır.
Qeyd edək ki, onlayn şahmat turnirinin bütün iştirakçıları videonəzarət altında olacaqlar. Belə ki, ədalətin, düzgünlüyün təmin edilməsi məqsədilə iştirakçıların otaqlarında əlavə kameralar quraşdırılacaq. Bununla belə, hakimlər və təşkilatçılar oyun zamanı qrossmeysterlərin kompüterlərini də yoxlaya biləcəklər.
Turnir mayın 13-dək davam edəcək.


55071 oxunub

InvestAZ