XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Əfsanə növbəti mövsümdə də "qoca sinyora"da qalacaq
İdman 11:10 / 18.04.2020
 
İtaliyanın "Yuventus” klubunun qapıçısı Canluici Buffon karyerasını başa vurmaq niyyətində deyil.
42 yaşlı qolkiper Turin təmsilçisi ilə cari mövsümün sonunda başa çatacaq müqaviləsinin müddətini 2021-ci ilin yayına kimi uzadıb.
Mənbənin bildirdiyinə görə, Buffon hazırkı müqaviləsində nəzərdə tutulan eyni maliyyə şərtləri ilə yeni bir razılaşmaya razılıq verib.
Tərəflər hələ koronavirus pandemiyası səbəbindən müqaviləyə rəsmi bir imza atmayıblar, lakin bu, İtaliyada yaranan vəziyyət sabitləşdikdə baş verəcək.
Qeyd edək ki, karyerasında bir çox uğura imza atan Canluici Buffon "Yuventus”un heyətində üç dəfə UEFA Çempionlar Liqasında final oynasa da, kubok qazana bilməyib. İtaliya millisinin sabiq üzvü cari mövsümdə, ümumilikdə 11 oyunda meydana çıxıb.

38817 oxunub

InvestAZ