XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Çempionlar Liqasının finalı avqustda keçiriləcək
İdman 17:17 / 17.04.2020

Futbol üzrə Çempionlar Liqasının final oyunu avqustun 29-da keçiriləcək.
Bu barədə Britaniyanın "The Telegraph" nəşri məlumat yayıb.
Hazırda Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Avropa kuboku turnirlərinin oyunlarını koronavirus pandemiyası səbəbindən təxirə salıb, əksər Avropa ölkələrinin milli çempionatlarında, eləcə də milli komandaların oyunları keçirilmir.

Çempionlar Liqası 1/8 final mərhələsində dayandırılıb, 1/4 final iştirakçılarının yalnız yarısı müəyyənləşə bilib. Final matçı mayın 30-da İstanbulda (Türkiyə) keçirilməli idi. UEFA 1/4 finalın ilk oyunlarını 28-29 iyulda keçirməyi planlaşdırır, turnirin qalan hissəsi avqustda başa çatmalıdır. Avropa Liqasının finalı avqustun 26-na təyin olunub.


33186 oxunub

InvestAZ