XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Hacı Əliyev: “Həyət-bacanı səhmana salıb, divarları yenidən rəngləyirəm"
İdman 15:05 / 17.04.2020
 Bildiyiniz kimi, yeni növ koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar olaraq bir çox ölkələrdə karantin rejmi tətbiq olunub. Bu müddət ərzində bəziləri kitab oxumaq, film izləmək, bəziləri isə ev işləri ilə məşğul olmaqla vaxtlarını keçirilər. Bəs, görəsən, Azərbaycanın idmanının məşhur simaları karantin rejmini necə keçirilər, bu qaydalara necə əməl edirlər? Bu barədə fikirlər öyrənmək üçün sərbəst güləş üzrə Azərbaycan yığma komandasının üzvü 3 qat dünya və 3 qat Avropa çempionu Hacı Əliyevlə əlaqə saxladıq. Avropa Oyunları və İslam Həmrəyliyi Oyunlarının qızıl mükafatçısı fikirlərini "olimpiyadunyasi.com” və "olimpnews.az” saytına bildirib. "Hazırda Mərdəkanda ailəmizlə birgə bağ evində qalıram. Burada əsasən, həyət işləri ilə məşğul oluram. Ot biçir, həyət-bacanı səhmana salıb, divarları yenidən rəngləyirəm. Bununla yanaşı, məşqsiz də qalmıram. Çalışıram ki, mütəmadi olaraq, məşq edərək, formamı qoruyum. Hətta televiziya və sosial şəbəkələr vasitəsi ilə canlı yayımda məşqlər edir, müəyyən idman hərəkətlərini nümayiş etdirirəm. Düzdür, hər birimiz çətin vaxtlardan keçirik. Amma xalqımıza demək istəyirəm ki, səbrli olaraq, dövlətimizin həyata keçirdiyi tədbirləri anlayışla qarşılasınlar, sosial izolyasiya qaydalarına əməl etsinlər. Bəzən görürsən ki, bir insanın məsuliyyətsiz hərəkəti neçə nəfərin həyatını təhlükə altına atır. Hər kəs başa düşməlidir ki, dövlətimiz tərəfindən atılan bütün addımlar xalqımızın sağlamlığının qorunmasına xidmət edir”, - deyə Hacı Əliyev bildirib.


Azər Əlizadə

40753 oxunub

InvestAZ