XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



"İdmançılar səbr etməyi yaxşı bacarır"- Olimpiya çempionu
İdman 17:04 / 16.04.2020

Dünyada, o cümlədən də Azərbaycanda yayılan COVİD-19 koronavirus pandemiyası ilə əlaqədər ölkədə karantin rejimi elan olunub. Hərəkət məhdudlaşdırıb, ictimai iaşə obyektlərinin fəaliyyəti dayandırılıb. Əlbəttə, bu, bir çox sahə nümayəndələri kimi idmançıların həyatına da təsirsiz ötüşməyib. Daim hərəkətdə olan, dinamikanı həyat tərzinə çevirən idmançılar indi evdən çölə çıxa, idman zallarına gedə bilmirlər.
Bəs onlar bu gözəgörünməz düşmənlə necə mübarizə aparırlar?
Hər zaman bizi qələbələri ilə sevindirən idmançılarla sıx təmasda olan "Olimpiya dünyası" qəzeti belə anlarda da onları diqqətdə saxlayır. Evdə olduğumuz günlərdə fürsəti əldən verməyərək, müstəqil Azərbaycanın ilk Olimpiya çempionu olan cüdoçu Nazim Hüseynovla əlaqə saxladıq. Hər zaman oldugu kimi, Nazim müəllimlə söhbətimiz səmimi alındi. Olimpiya çempionumuz koronavirus pandemiyasının bitəcəyi günü səbrsizliklə gözlədiyini dedi: "Sanki həyat dayanıb. Heç kim heç yerə gedə bilmir. Əlbəttə, belə olan təqdirdə məşqlərimizə də fasilə vermişik. İdmançıların formadan düşəcəyindən qorxuruq. Amma onlar ev şəraitində də idmanla məşğul olurlar. Əsas məsələ odur ki, biz vərdişlərimizdən ayrı düşmüşük. Bu, psixoloji cəhətdən də çətinlik yaradır. Amma yenə də səbrli olmaq, tövsiyə və tapşırıqlara əməl etmək lazımdır. İdmançılar səbr etməyi yaxşı bacarır. Mən özüm də evdən çölə çıxmıram. Ev şəraitində yüngül idman hərəkətləri edirəm. İnanıram, bu günlər bitəcək və həyat yenidən əvvəlki kimi olacaq".

Kənan Novruzov

48940 oxunub

InvestAZ