XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Yığmamızın üzvləri FIDE-yə məktub göndərib
İdman 11:31 / 29.03.2020

Kişi şahmatçılardan ibarət Azərbaycan millisi Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviçə, peşəkar şahmatçılara və şahmat həvəskarlarına açıq məktub ünvanlayıb. Üçqat Avropa çempionları məktubda koronavirus pandemiyasına görə yarımçıq dayandırılan iddiaçılar turnirinin belə şəraitdə keçirilməsinin səhv qərar olduğunu bildirib və FIDE rəhbərliyindən Teymur Rəcəbovu iştirakçılar sırasına qaytarmağı xahiş və tələb ediblər. Məktubda deyilir: "Hesab edirik ki, belə şəraitdə iddiaçılar turnirinin keçirilməsi və dayandırılması normal idman prinsiplərinə qarşı addım sayılır və şahmatçıların sağlamlığına qarşı biganə münasibətin göstəricisidir. FIDE qəbul etdiyi qərarlara görə şahmatçılar və şahmat dünyası qarşısında məsuliyyət daşımalıdır. Biz hadisələrin belə davam etməsindən zərərçəkən komanda yoldaşımız Teymur Rəcəbovun iddiaçılar turnirində iştirakçılar sırasına qaytarılmasını xahiş və tələb edirik”. Müraciəti Şəhriyar Məmmədyarov, Arkadi Naydiç, Rauf Məmmədov, Nicat Abasov və Qədir Hüseynov imzalayıblar.

32421 oxunub

InvestAZ