XƏBƏR LENTİ
19 Aprel 2024
18 Aprel 2024
17 Aprel 2024



Tokio Olimiadasının məşəli alovlandırılıb
Olimpiya oyunları 14:43 / 13.03.2020

Martın 12-də Tokio-2020 XXXII Yay Olimpiya Oyunlarının məşəli alovlandırılıb.
Məşəl Olimpiya Oyunlarının vətəni olan Yunanıstanın Hera məbədində günəş şüalarının parabolik güzgülərlə istiqamətləndirilməsi vasitəsilə alovlandırılıb. Olimpiya məşəlini ənənəvi olaraq qədim yunan ilahəsi geyimində olan qadın alovlandırıb.
Yunanıstanda bir həftə davam edəcək estafetin sonunda - martın 19-da Afinanın "Panatinaikos” stadionunda keçiriləcək təntənəli mərasimdə məşəl Tokio-2020-nin təşkilatçılarına təhvil verəcək.
Olimpiadanın vətəni olan Yunanıstanda alovlandırılacaq məşəli ümumilikdə 10 min nəfər daşıyacaq. Estafet martın 26-da Fukusimadan davam edəcək və 121 gün ərzində Yaponiyanın 47 prefekturasını gəzəcək.
Xatırladaq ki, Tokio-2020 Yay Olimpiya Oyunları bu il iyulun 24-dən avqustun 9-dək keçiriləcək.

54628 oxunub

InvestAZ