XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



2022-ci ildə Ümumdünya Şahmat Olimpiadası bu ölkədə keçiriləcək
İdman 12:35 / 02.02.2019


Minsk 2022-ci ildə Ümumdünya Şahmat Olimpiadasına ev sahibliyi edəcək. Yanvarın 29-da Belarus ilə Beynəlxalq Şahmat Federasiyası arasında müvafiq müqavilə imzalanıb.
Həmçinin Belarus Prezidenti Aleksandr Lukaşenko və FIDE prezidenti Arkadi Dvorkoviç arasında görüş keçirilib. Tərəflər ölkədə şahmatın inkişafı, həmçinin yarışların hazırlanıb keçirilməsinin müxtəlif aspektlərini müzakirə ediblər. Arkadi Dvorkoviç, həmçinin Belarusun 2020-ci ildə qadınlar, 2021-ci ildə kişilər arasında dünya kuboku yarışlarına ev sahibliyi edəcəyini xatırladıb. Ümumdünya Şahmat Olimpiadası ilə yanaşı, Minskdə FIDE-nin Baş Assambleyasının və Konqresinin təşkili də planlaşdırılır.
Qeyd edək ki, yarışlar 2022-ci ilin avqust ayında Minskdə keçiriləcək və iki həftə davam edəcək. Bu nüfuzlu turnirdə 180 ölkənin təxminən 3 min şahmatçısı öz zəkasıı nümayiş etdirəcək.

31435 oxunub

InvestAZ