XƏBƏR LENTİ
26 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Tokio-2020-nin açılış mərasimində Azərbaycanı iki bayraqdar təmsil edəcək
Olimpiya oyunları 16:27 / 06.03.2020

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsinin Tokio-2020 Yay Olimpiya Oyunlarının açılışında hər ölkədən 2 bayraqdarın olması haqda qərarını Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) müsbət qiymətləndirir. BOK gender bərabərliyinin tənzimlənməsi məqsədilə Tokio-2020-nin açılış
mərasimində kişi və qadın bayraqdarın olmasının vacibliyini vurğulayıb və bu məqsədlə Milli Olimpiya komitələrinə müraciət edib.
Bu haqda BOK-un İcraiyyə Komitəsinin qərarını şərh edən MOK-un vitse -prezidenti Çingiz Hüseynzadə bildirib.
Ç.Hüseynzadənin sözlərinə görə, Olimpiya Oyunlarında bayraqdar statusu qazanmaq idmançılar üçün çox əhəmiyyətlidir. Təbii ki, BOK-un bu tarixi qərarını dəstəkləyən Azərbaycan, Yay Olimpiya Oyunlarında ölkənin ilk qadın bayraqdarının seçilməsinə xüsusi həssaslıqla yanaşacaq.
Qeyd edək ki, Azərbaycan Olimpiya tarixində Nazim Hüseynov, Nizami Paşayev, Fərid Mansurov, Elnur Məmmədli, Teymur Məmmədov, Sergey Rılov, İqor Lukanin və başqa nüfuzlu idmançılar bayraqdar olaraq açılış mərasimlərində Azərbaycanı təmsil ediblər

35176 oxunub

InvestAZ