XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



FİDE: İddiaçılar turnirinin öz şərtləri var
İdman 10:36 / 21.02.2019


Beynəlxalq Şahmat Federasiyası (FİDE) 2020-ci ildə keçiriləcək İddiaçılar turnirinə düşmək üçün şərtləri açıqlayıb. Belə ki, İddiaçlar turnirində bu dəfə də 8 şahmatçı iştirak edəcək.Artıq turnirin bir iştirakçısı məlumdur. Belə ki, amerikalı Fabiano Karuana ötən ilin sonunda şahmat tacı uğrunda keçirilən final matçının iştirakçısı kimi turnirə birbaşa vəsiqə qazanıb. İki yer dünya kubokunun finalçılarına veriləcək (əgər finalçı Maqnus Karlsen ya Karuana və ya hər ikisi olacaqsa, o zaman turnirdə onlardan sonra gələn ən yaxşı nəticə göstərmiş şahmatçı). Daha iki yer FİDE Qran-Pri seriyasında ən yüksək nəticə göstərən şahmatçılar üçün ayrılacaq. Qalan üç yerin sahibi isə Men adasında 160 şahmatçının iştirak edəcəyi "Grand Swiss” turnirinin qalibi, ən yüksək orta reytinqi olan şahmatçı (2019-cu ilin fevralından 2020-ci ilin yanvarınadək, Karlsen və Karuanadan sonra) və təşkilatçı tərəfindən seçiləcək oyunçu olacaq.
Şahmatçılarımızın İddiaçılar turnirində iştirakına gəlincə, onu qeyd etməliyik ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun bu nüfuzlu yarışa vəsiqə əldə etməsi üçün real şansları var.


32262 oxunub

InvestAZ