XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Uruqvaylılar «Atletiko»nun qələbə memarı oldular - FOTOLAR
İdman 10:10 / 21.02.2019

Ötən gecə Çempionlar Liqasında 1/8 final mərhələsində ilk qarşılaşmalara yekun vurulub.
Son oyun günündə də 2 matç keçirilib. "Yuventus" səfərdə "Atletiko"nun qonağı olub. Görüş Madrid klubunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Paralel keçirilən digər oyunda isə "Mançester Siti" "Şalke"nin qonağı olub. Matçda hesabı
"şəhərlilər" açsa da, meydan sahibləri fasiləyə 2:1 hesablı üstünlüklə yollanıb. İkinci hissədə meydanda azlıqda qalan Xosep Qvardiolanın komandası özünü itirməyib. 85 və 90-cı dəqiqələrdə rəqib qapısına yol tapan qonaqlar əzmkar qələbə qazanıb - 3:2.

Çempionlar Liqası, 1/8 final mərhələsinin ilk oyunları
20 fevral
"Şalke" (Almaniya) - "Mançester Siti" (İngiltərə) - 2:3
Qollar: Serxio Aquero, 18 (0:1), Nabil Bentaleb, 38-pen. (1:1), 45-pen. (2:1), Leroy Sane, 85 (2:2), Rahim Sterlinq, 90 (2:3)
Qırmızı vərəqə: Nikolas Otamendi, 68 ("Mançester Siti", ikinci sarı vərəqə)
"Atletiko" (Madrid, İspaniya) - "Yuventus" (İtaliya) - 2:0
Qollar: Xose Ximenes, 78, Dieqo Qodin, 83

32336 oxunub

InvestAZ