XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



“Kardiff”in vəziyyəti ağırlaşa bilər
İdman 18:20 / 20.02.2019


Fransanın "Nant” klubu argentinalı futbolçu Emiliano Salaya görə 15 milyon funt sterlinqi ödəmədiyi üçün Uelsin "Kardiff” klubundan FİFA-ya şikayət verməyə hazırlaşır.

Xatırladaq ki, E.Sala yanvarın 21-də yüngülmotorlu "PA 46 Malibu” təyyarəsinin La-Manş körfəzindəki Norman adaları rayonunda qəzaya uğraması nəticəsində həlak olub. Faciəyə iki gün qalmış 28 yaşlı Sala "Nant”dan "Kardiff”ə keçib.

"Nant” E.Salanın "Kardiff”ə keçməsinə görə ödəniş etməyi futbolçu hələ itkin düşmüş sayılanda tələb edib. Şərtlərin yerinə yetirilməyəcəyi təqdirdə valliyalıları məhkəmə ilə hədələyib. Müqavilənin şərtlərinə görə, futbolçunun "Kardiff”in heyətinə keçməsinə görə məbləğ Uelss klubu tərəfindən üç il ərzində hissə-hissə ödənilməlidir. Buna görə də "Nant” 5 milyon funt sterlinq məbləğində birinci tranşın ödənilməsində israrlıdır. Tərəflər müqavilənin məbləği barədə razılaşmanı yanvarın 19-da əldə ediblər. İki gün sonra isə argentinalının "Kardiff”ə keçməsi barədə beynəlxalq sertifikat Uelss Futbol Assosiasiyasında qeydə alınıb.

"Nant” argentinalının transferi ilə bağlı bir sıra suallara cavab verməyənə qədər "Kardiff” Fransa klubuna pul ödəməkdən imtina edir. Valliyalılar bilmək istəyirlər: uçuşu kim təşkil edib? Nə üçün Sala lazımi qəza aparatı ilə təchiz olunmayan birmotorlu təyyarədə gecə vaxtı yola düşüb? Pilot Devid İbbotsonun kommersiya uçuşları üçün lisenziyası olubmu?

"Kardiff” daha əvvəl "Nant”ın argentinalıya görə 15 milyon funt strerlinqin ödənilməsini tələb etməsi fonunda Salanın "şübhəli transferinin” təfərrüatının araşdırılması üçün polisə, FİFA-ya və İngiltərə Premyer-Liqasına müraciət etmək niyyətində olduğunu bildirib.


31505 oxunub

InvestAZ