XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Zlatan İbrahimoviçin heykəli yenə uçuruldu
İdman 12:55 / 07.01.2020

Barbarlar isveçli futbolçu Zlatan İbrahimoviçin heykəlini uçurublar. Malmö şəhəri stadionundan kənarda yerləşən heykələ daha əvvəl də xəsarət yetirilib. Bu, İbrahimoviç İsveçin digər klubuna sərmayə yatırandan sonra baş verib.
İndi isə heykəl adları müəyyən olunmamış barbarlar tərəfindən tamamilə uçurulub. Malmö şəhərinin hakimiyyət orqanları bildiriblər ki, onlar heykəli bərpa etmək niyyətindədirlər. Heykəlin müəllifi Piter Linde daha əvvəl baş vermiş bir neçə belə hadisədən sonra insanları bu vəhşiliyi dayandırmağa çağırıb.
Hazırda 38 yaşı olan Zlatan İbrahimoviç Malmö klubunda 20 il əvvəl debüt edib. Dünya şöhrəti qazanan futbolçu ötən ilin oktyabrında öz heykəlinin açılışında iştirak edib. Lakin "Hammarby” klubunun səhmlərinin 25 faizinin İbrahimoviç tərəfindən alınması elan ediləndən sonra 3,5 metrlik tunc konstruksiyanın üzərinə boya tökülüb, yandırılıb, heykəlin əlinə unitazın oturacağı keçirilib.
Qeyd edək ki, polisin heykəlin ətrafına hasar çəkməsinə baxmayaraq, xuliqanların hərəkətlərinin qarşısını almaq mümkün olmayıb.

32859 oxunub

InvestAZ