XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



“Çelsi”yə 2.76 milyard funt sterlinq xərclənilib
İdman 16:12 / 20.02.2019

1992-93-cü illər mövsümündə İngiltərə Premyer-Liqası təsis ediləndən bəri Londonun "Çelsi” futbol klubunun oyunçularına məvacib kimi 3 milyard funt sterlinqdən çox pul xərclənib.

2003-cü ildə rusiyalı biznesmen Roman Abramoviç bu klubu alandan bəri futbolçulara məvacib ödəmək üçün təqribən 2,76 milyard funt sterlinq xərclənib. "Çelsi” bu göstərici üzrə liderdir. İkinci yeri tutan "Mançester Yunayted” 1992-93-cü illər mövsümündən bəri öz oyunçularına məvacib kimi təqribən 2,6 milyard funt sterlinq xərcləyib.

Abramoviç "Çelsi”ni 2003-cü ildə 140 milyon funt sterlinqə almışdı. Bu müddətdə "Çelsi” beş dəfə İngiltərə çempionu olub, Çempionlar Liqasında ilk dəfə qalib gəlib. Bundan əlavə, klub həmin müddətdə beş dəfə İngiltərə Kubokunun, üç dəfə Liqa Kubokunun, iki dəfə İngiltərə Superkubokunun sahibi olub.

İngiltərə Çempionatının cari mövsümündə 26 oyundan sonra 50 xal toplamış "Çelsi” turnir cədvəlində altıncı yeri tutur.


32125 oxunub

InvestAZ