XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Canni İnfantino: “Imkanları araşdırmalıyıq”
İdman 13:27 / 24.12.2019

FIFA milli çempionatların birləşdirilməsi ilə bağlı müzakirələrə razılıq verib. Bu barədə qurumun rəhbəri Canni İnfantino ESPN-ə müsahibəsində bildirib. O, təklifləri dinləməyə hazır olduqlarını söyləyib: "Müzakirələrə açıq olmalıyıq. Belçikalılar və hollandiyalılar Benilüks çempionatının yaradılması məsələsini müzakirə edirlər. Bu diskussiyalar 20 ildir davam edir. Amma biz həmişə imtina etmişik. Çünki milli çempionatlar hər şeydən öndə gəlir. Ancaq bəlkə də bu variant fayda verəcək. Bu, bəzi hallarda irəliləməyin yeganə yolu ola bilər. Afrika üçün oxşar bir şey təklif etdim. Düşünürəm ki, imkanları araşdırmalıyıq”. Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin futbol komandalarının vahid çempionatda çıxış etməsi məsələsi də dəfələrlə müzakirə olunub. Qeyd edək ki, FIFA hazırda yalnız ABŞ və Kanada klublarının vahid yarışda – MLS-də mübarizə aparmalarına icazə verir.


35614 oxunub

InvestAZ