XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Yaya Ture oğlunun futbolçu olmaq istəməməsinin səbəbini açıqlayıb
İdman 13:38 / 20.12.2019

Belçika millisinin və "Mançester Siti”in sabiq futbolçusu Yaya Ture irqçiliklə bağlı danışıb. Karyerası ərzində dəfələrlə irqi ayrı-seçkiliyə məruz qalan 36 yaşlı yarımmüdafiəçi "L'Equipe”ə açıqlamasında bu kimi məsələlərə görə oğlunun futbolçu olmaq arzusunu ürəyində qoyduğunu deyib:
"Mən irqçiliyə həssasam. Bu, məni hər zaman incidir. Oğlum futbol oynamaq, futbolçu olmaq istəyir. Ancaq ona demişəm ki, bunu edə bilməzsən. Bu qərarı verməliydim. Ona futbol oynamağa imkan vermədim. Niyə? Məhz irqçiliyə görə”. Qeyd edək ki, Yaya Ture hazırda Çinin "Çindao Haynyu" klubunda çıxış edir

36481 oxunub

InvestAZ