XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Tofiq Karayevin şərəfinə keçirilən atletika üzrə respublika turnirinə yekun vurulub
İdman 12:33 / 09.12.2019

Respublika Olimpiya Mərkəzində SSRİ rekordçusu, Ümumittifaq dərəcəli hakim, professor Tofiq Karayevin şərəfinə atletika üzrə XXIII ənənəvi Respublika turnirinə yekun vurulub.
Turnirdə Bakı, Gəncə, İsmayıllı, Bərdə, Xızı və Sumqayıtdan olan yeniyetmələrdən ibarət 29 komanda birincilik uğrunda mübarizə aparıb. Hər bir komandada bir qız və bir oğlan olmaqla 58 idmançı atletikanın 5 növü üzrə öz qüvvəsini sınayıb.
Yarışlarda "Kafarova 1” komandası 219 xal toplayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. "Vəliyev 2” komandası 216 xalla ikinci, "Pavlov 1” isə 212 xalla üçüncü pillədə qərarlaşıblar.
Qeyd edək ki, yarış Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə keçirilib.

32952 oxunub

InvestAZ