XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



İsmayıllıda Xocalı faciəsi şahmat turniri ilə yad edildi
İdman 12:08 / 20.02.2019


İsmayıllı Uşaq Gənclər İdman Şahmat məktəbində Xocalı faciəsinin 27-ci il dönümünə həsr olunmuş şahmat üzrə rayon birinciliyi keçirilib. Tədbir faciə qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. İsmayıllı Rayon Uşaq Gənclər İdman Şahmat Məktəbinin direktoru Nəriman Alıyev tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlayıb və öz çıxışında Xocalı soyqırımının ağrılı-acılı məqamlarını diqqətə çatdırıb.
İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov, Təhsil Şöbəsinin həmkarlar komitəsinin sədri Hafiz Kərimov Xocalı faciəsi haqqında tədbir iştirakçılarına məlumat verib, bu faciənin gənclər və idmançılar tərəfindən dünyaya tanıdılması istiqamətində aktivliyin vacibliyini bildiriblər.
Əlli şahmatçının mübarizə apardığı birincilikdə şahmatçı birinci, altı zəka sahibi ikinci, altı idmançı isə üçüncü yerə layiq görülüb.
On doqquz şahmatçı İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin diplom və medalları ilə təltif ediliblər.

33541 oxunub

InvestAZ