XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Stolüstü tennis yarışlarında qaliblər müəyyənləşdi
İdman 12:00 / 10.12.2019

"Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təçkilatçılığı ilə XIV Respublika Spartakiadası keçirilir. Orta-ixtisas təhsil müəssisələrinin tələbələri arasında təşkil olunan spartakiadanın təqvim planına idmanın 6 növü daxil edilib. Qadınlar və kişilər arasında təşkil olunan yarışlarda idmançılar atletika, şahmat, dama, basketbol, voleybol və stolüstü tennis idman növləri üzrə mübarizə aparırlar.
Artıq spartakiada çərçivəsində keçirilən stolüstü tennis yarışlarına yekun vurulub. Qızlar arasında keçirilən stolüstü tennis yarışında 6 komanda qalib adı uğrunda yarışıb. Gərgin idman mübarizəsi şəraitində keçən turnirdə Bakı 2 saylı Baza Tibb Kollecinin komandası birinci yerə layiq görülüb. Sorakı iki yeri isə müvafiq olaraq, Azərbaycan Dövlət Pedaqoji Kolleci və Bakı İdarəetmə və Texnologiya Kollecinin komandaları tutub. Oğlanlar arasında təşkil olunan stolüstü tennis yarışlarında da ilk yerin sahibi Bakı 2 saylı Baza Tibb kollecinin komandası olub. İkinci və üçüncü yerləri isə Azərbaycan Dövlət Pedaqoji Kolleci və Bakı İdarəetmə və Texnologiya Kollecinin komandası tutub.

60220 oxunub

InvestAZ