XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Yeniyetmə gimnastlarımızdan uğurlu çıxış
İdman 16:49 / 06.12.2019

Yeniyetmə idmançılarımız Maqsud Maqsudov və Hüseyn Abbasov Tokioda keçirilən Batut Gimnastikası üzrə 27-ci Dünya Yaş Qrupu Yarışlarında sinxron proqramda Azərbaycanın gimnastika tarixində ilk dəfə olaraq II yeri tutublar.
Yarışın ilk günündə batut üzərinə çıxan idmançılarımız əvvəlcə təsnifat mərhələsində öz rəqiblərini üstələyərək ikinci nəticə göstəriblər. Bu nəticə ilə finala vəsiqə qazanan gimnastlarımız həmin mərhələdə də yüksək nəticə əldə ediblər. Yalnız Rusiya komandasından cüzi xal fərqi ilə geri qalan idmançılarımız finalda da ikinci nəticə göstəriblər.
Sonra mükafatların təqdim edilməsi mərasimi keçirilib.
Yarışın nəticəsi barədə müsahibə verən komandamızın baş məşqiçisi Vladimir Şulikin bildirib ki, həm təəssüratları, həm də əhvalı çox yaxşıdır: "Bu gün Dünya Yaş Qrupu Yarışlarının ilk günüdür və biz gümüş medal qazandıq. Bu tarixi hadisədir. Ona görə ki, bu yeniyetmələrin batut yarışlarında bizim ilk medalımızdır. Batut idman növü cəmi beş ildir ki, Azərbaycana gəlib. Bu çox sevindirici hadisədir. Lakin bu bizə sakitləşmək imkanı verməməlidir. Qarşıda yarışların növbəti günləri gəlir. Deyə bilərəm ki, uğurlu başlanğıcın əsası qoyulub. Çalışacağıq ki, belə də davam edək”.
Yarışların ertəsi günü gənc gimnastımız Selcan Maqsudova batut üzərinə çıxacaq.

38638 oxunub

InvestAZ