XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Lozannada Beynəlxalq Qılıncoynatma Federasiyasının konqresi keçirilib
İdman 17:34 / 04.12.2019
 İyirmi ildən sonra Beynəlxalq Qılıncoynatma Federasiyasının ilin yekunlarına həsr olunan konqresi Beynəlxalq Olimpiya Komitəsinin yarandığı Lozanna şəhərində baş tutub. 300-dən artıq nümayəndə heyətinin iştirak etdiyi toplantı "SwissTech Convention” mərkəzində keçirilib.
Beynəlxalq Qılıncoynatma Federasiyasının prezidenti Əlişir Usmanov tədbir iştirakçılarını salamladıqdan sonra Beynəlxalq Olimpiya Komitəsinin rəhbəri Tomas Bax FİE prezidentinə olimpiya dəyərlərini əks etdirən xüsusi mükafatı təqdim edib.
Konqresdə həmçinin 2021-ci ildə dünya çempionatının Misirdə keçirilməsi ilə bağlı qərar qəbul edilib. Eyni zamanda, 2022-ci ildə keçirilməsi nəzərdə tutulan bütün çempionatların ev sahibi ölkələrinin namizədliyi prosesinə başlanılıb.
Konqresdə ölkəmizi Azərbaycan Qılıncoynatma Federasiyasının baş katibi Vasif Məmmədov təmsil edib.
Qeyd edək ki, hazırda Beynəlxalq Qılıncoynatma Federasiyasına 157 ölkə üzvdür.

35036 oxunub

InvestAZ