XƏBƏR LENTİ
17 Noyabr 2025
16 Noyabr 2025
15 Noyabr 2025
14 Noyabr 2025
13 Noyabr 2025
12 Noyabr 2025



Olimpiya çempionu dopinqdən istifadə edirmiş
İdman 18:40 / 17.11.2025
Beynəlxalq Dopinq Testi Agentliyinin (ITA) məlumatına görə, ağır çəki dərəcələrində yarışan 26 yaşlı özbəkistanlı boksçu Lazizbek Mullajonov üç il müddətinə yarışlardan uzaqlaşdırılıb.
L.Mullajonovun bu il iyunun 11-də götürülmüş test nümunəsində sintetik anabolik steroid olan metasteron aşkarlanıb. Paris-2024 Yay Olimpiya Oyunlarının qızıl medalına yiyələnən Mullajonov bu barədə sübutları qəbul edib. Məlumat üçün bildirək ki, metasteron əzələ kütləsini və gücünü artıran sintetik anabolik steroiddir.

Qeyd edək ki, Lazizbek Mullajonov Paris-2024 Yay Olimpiya Oyunlarının finalında boksçumuz Alfonso Dominqesə qalib gəlib.

209 oxunub

InvestAZ