XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



İki azərbaycanlı şahmatçı 280 min avro uğrunda mübarizə aparacaq
İdman 10:35 / 20.02.2019

FİDE Qran-Pri turnirlərində iştirak edəcək şahmatçıları açıqlayıb.
Qran-Pridə Azərbaycanı iki qrossmeyster təmsil edəcək.
4 ölkədə təşkil olunacaq yarışda Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov mübarizə aparacaq. İlk Qran-Pri mayın 16-30-da Rusiyanın paytaxtı Moskvada, növbəti turnir iyulun 11-25-də Latviyanın paytaxtı Riqada keçiriləcək.
Almaniyanın Hamburq şəhəri noyabrın 4-18-də yarışa ev sahibliyi edəcək. Sonuncusu isə dekabrın 10-24-də İsrailin paytaxtı Tel-Əvivdə olacaq.
Rəcəbov Riqadakı, Məmmədyarov isə Hamburqdakı turnirə qatılmayacaq. FİDE Qran-Priləri 2020-ci il İddiaçılar Turnirinin iştirakçılarını müəyyənləşdirmək üçün təsis edib.
Turnirin hər bir mərhələsində 16 şahmatçı, o cümlədən tədbirin təşkilatçıları tərəfindən irəli sürülən bir nəfər iştirak edəcək.
Yarışın iki qalib şahmatçısı 2020-ci il İddiaçılar Turnirinə vəsiqə qazanacaq. Hər bir mərhələnin mükafat fondu 130 min avro təşkil edəcək.
FİDE əlavə olaraq 280 min avroluq mükafat fondunu Qran-Pri seriyasında ən yaxşı nəticələrə əsasən bölüşdürəcək.

30645 oxunub

InvestAZ