XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Türkiyə sınağı uğurla başa çatdı
İdman 15:45 / 02.12.2019

Azərbaycan idmançıları Türkiyənin paytaxtı Ankarada uşu üzrə beynəlxalq "İpək Yolu” açıq Balkan turnirində 6 medal qazanıblar. Turnirdə ölkəmizi təmsil edən Amal Məmmədov (40 kq), Bahadur Əhmədov (56 kq) və Hüseyn Şimiyev (+85 kq) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Elmir Əliyev (45 kq) və Rüfət Ramazanlı (60 kq) isə final mərhələsində uduzaraq gümüş medalla kifayətləniblər. Mehdi Salmanov (70 kq) isə yarımfinal mərhələsində məğlub olsa da bürünc medalı əldən verməyib.
Azərbaycan komandası yarışda məşqçi Rəşad İsayevin rəhbərliyi altında mübarizə aparıb.
Qeyd edək ki, beynəlxalq turnirdə ölkəmizdən başqa, İran, İraq, Əfqanıstan, Qırğızıstan, Belçika, Yunanıstan, Rusiya, Gürcüstan və Qazaxıstandan 1800-ə yaxın idmançı qüvvəsini sınayıb.

37146 oxunub

InvestAZ