XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Məktəblilər komanda yarışında qüvvələrini sınayıblar
İdman 12:56 / 29.11.2019

Salyanda 2 saylı tam orta məktəbin idman zalında rayonun ümumtəhsil məktəbləri arasında basketbol üzrə rayon birinciliyi keçirilib. Tədbirdə çıxış edən Salyan Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Aqşin Qasımov yarışın qaydaları haqqında komandalara ətraflı məlumat verərək bildirib ki, yarışın keçirilməsində əsas məqsəd rayonda basketbol idman növünü inkişaf etdirmək və gənclərə vətənpərvərlik ruhunu aşılamaqdır.
Bildirib ki, bu gün Azərbaycan dünyanın idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş, idmançılarımız isə əsas rəqib kimi qəbul olunurlar. Ölkəmizdə idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl və sistemli şəkildə həyata keçirilən tədbirlər, uğurla davam etdirilən idman siyasəti digər idman növləri ilə yanaşı, basketbolun da inkişafı üçün böyük imkanlar yaradır.
Püşkatmadan sonra komandalar mübarizəyə başlayıblar. Yarış Beynəlxalq Basketbol Federasiyasının yeni qaydaları əsasında keçirilib.
Olimpiya sistemi üzrə keçirilən ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdlərinin iştirak etdiyi yarışların yekununda 2 nömrəli tam orta məktəbin komandası birinci olub. 8 nömrəli tam orta məktəbin komandası yarışı ikinci, Arbatan kənd tam orta məktəbin şagirdləri isə üçüncü yeri tutublar.
Mükafatçılar Salyan Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla təltif ediliblər.

31232 oxunub

InvestAZ