XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



“Judo Club 2012”nin karateçiləri respublika birinciliyində 4 medal qazanıblar
İdman 19:44 / 25.11.2019

Noyabrın 22-24-də Bakı İdman Sarayında yeniyetmə və gənclər arasında karate üzrə 20-ci respublika birinciliyi, böyüklər arasında isə 27-ci Azərbaycan çempionatı keçirilib.
Gənclər və İdman Nazirliyinin, Azərbaycan Karate-Do Federasiyaları Assosiasiyasının və Milli Karate Federasiyasının birgə təşkil etdiyi yarışda müxtəlif regionlardan 585 uşaq, yeniyetmə, gənc və böyüklər mübarizə aparıblar. Çempionatda "Judo Club 2012”nin yeniyetmə və gənc karateçiləri də qüvvələrini sınayıblar. Klubun yetirmələri yarışda uğurla çıxış edərək 1 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıblar. 16-17 yaşlı idmançıların yarışında -76 kq çəki dərəcəsində çıxış edən Fərid Ağayev bütün rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüb. 16-17 yaşlı idmançıların mübarizəsində klubun istedadlı yetirmələrindən olan Fidan Dadaşova (-48 kq) və Abbas Dadaşov (-68 kq) gümüş medala sahib çıxıb. Çempionatın bürünc medalını isə Kamal Amaşov (-45 kq) 12-13 yaşlıların mübarizəsində qazanıb.

47249 oxunub

InvestAZ