XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



AFFA: xərəyə, iclasa geçikməyə, təhqirə görə cərimələnənlər
İdman 16:49 / 19.02.2019


Bu gün AFFA İntizam Komitəsinin (İK) iclası keçirilib. Yığıncaqda aşağı dəstədə baş verən qayda pozuntularına hüquqi qiymət verib. Belə ki, I divizionun XV turunun MOİK – "Turan Tovuz” MOİK – "Turan Tovuz” matçında xərək daşıyan uşaqlar olmadığına görə meydan sahibi klub 80 manat cərimə olunub. I divizionun XV turunun "Ağsu” – "Şüvəlan” matçında "Ağsu” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.
Oyunun 88-ci dəqiqəsində "Şüvəlan”nın futbolçusu Kamran Əliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə edilib.
"Şüvəlan” matçın protokolunu vaxtında təqdim etmədiyinə görə 80 manat cərimə ödəyəcək. I divizionun XV turunun "Səbail-2” – "Sumqayıt-2” matçında "Səbail-2”nin 4, "Sumqayıt-2”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 80 manat cərimə edilib.
"Sumqayıt-2” oyunöncəsi iclasa 7 dəqiqə gecikdiyinə görə klub 80 manat cərimə olunub.
I divizionun XV turunun "Zaqatala” – "Sabah-2” matçının 79-cu dəqiqəsində "Sabah-2”ın futbolçusu Sultan Mustafayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılarkən hakimi təhqir etdiyinə görə 4 oyun cəzalanıb, klub 320 manat cərimə ödəməli olacaq.
Oyunun 89-cu dəqiqəsində "Zaqatala"nın futbolçusu Elvin Həsənov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimələnib. I divizionun XV turunun "Neftçi-2” – "Kəpəz” matçında "Neftçi-2”nin 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat, top daşıyan uşaqlar qapı arxasında toplarla artıq rəftar etdiklərinə görə meydan sahibi klub 80 manat cərimə olunub.



31452 oxunub

InvestAZ