XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Respublika çempionatına start verilib
İdman 10:37 / 20.11.2019

Bu gün badminton üzrə Azərbaycan çempionatı start götürüb. Turnirdə paytaxtla yanaşı, Sumqayıt, Gəncə, Quba, Qusar və Lənkərandan 38 qadın və 58 kişi badmintonçu 5 kateqoriya üzrə yarışacaq. Azərbaycan çempionatı Olimpiya sistemi üzrə 1-4 yerləri təyin etməklə keçirilir. Yarışlar 3 mərhələ üzrə oynanılacaq. Turnirdə bütün kateqoriyalar üzrə 1-3 yerləri tutmuş idmançılar Gənclər və İdman Nazirliyi və Azərbaycan Badminton Federasiyası tərəfindən diplom və medallarla təltif olunacaqlar.
Oyunların idarə olunması Gənclər və İdman Nazirliyi və Azərbaycan Badminton Federasiyası tərəfindən təsdiq olunmuş hakimlər kollegiyasına həvalə olunacaq. Azərbaycan çempionatının keçirilməsində məqsəd şəhər və rayonlarda badmintonun yayılmasına və inkişafına nail olmaq, perspektivli badmintonçuları aşkar etmək, beynəlxalq yarışlar üçün milli komandanın heyətini müəyyənləşdirməkdir.
Yarışın açılış mərasimi saat 15:30-da keçiriləcək. Turnirə noyabrın 23-də yekun vurulacaq.

31812 oxunub

InvestAZ