XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Avropa Gimnastika İttifaqının adı dəyişdirilib
İdman 17:29 / 18.11.2019

Bolqarıstanın paytaxtı Sofiya şəhərində Avropa Gimnastika İttifaqının ikiillik Baş Assambleyası keçirilib.
Ölkəmizi tədbirdə Azərbaycan Gimnastikası Federasiyasının (AGF) baş katibi Nurlana Məmmədzadə, İcra Komitəsinin üzvü Mariana Vasileva, federasiyanın beynəlxalq əlaqələr üzrə meneceri Mehman Əliyev və texniki direktoru Natalya Bulanova təmsil ediblər.
Qırx yeddi üzv federasiyanın iştirak etdiyi Baş Assambleyada bir sıra mühüm qərarlar qəbul edilib. Əsas qərarlar isə gimnastikanın gələcək inkişafı naminə təşkilatın Nizamnaməsinə bir sıra dəyişikliklərin edilməsi və təşkilatın adının dəyişdirilməsi sayıla bilər. Bundan sonra Avropa Gimnastika İttifaqı "Avropa gimnastikası” adlanacaq. Bu dəyişiklik isə 2020-ci il aprelin 1-dən qüvvəyə minəcək.
"Avropa gimnastikası”na 2006-2017-ci illərdə AGF-nin baş katibi olmuş, azərbaycanlı Fərid Qayıbov rəhbərlik edir.
Təşkilatın Baş Assambleyasının növbəti iclası isə 2021-ci ilin dekabrında Portuqaliyanın Albufeyra şəhərində keçiriləcək.

31731 oxunub

InvestAZ