XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



“European Cadet Circuit” yarışında uğurlu nəticə
İdman 16:33 / 18.11.2019

Azərbaycan qılıncoynadanı Zərifə Hüseynova Bolqarıstanın paytaxtı Sofiyada keçirilən "European Cadet Circuit” turnirində 14 yaşadək yeniyetmə sablyaçı qızların şəxsi yarışında gümüş medala sahib olub.
Qrup mərhələsində bütün rəqiblərini məğlub edən Z.Hüseynova 6 qələbə qazanaraq otuzikidəbir finala vəsiqəni təmin edib. Bu mərhələdə Bolqarıstan təmsilçisi Maya Antonovanı 15:2 hesabı ilə məğlub edən idmançımız növbəti mərhələdə Türkiyə idmançısı Ayşe Naz üzərində 15:6 hesablı qələbə qazanıb. Səkkizdəbir finalda türkiyəli digər sablyaçı Nehir Yıldırıma 15:2 hesabı ilə qalib gələn təmsilçimiz 1/4 finalda Yunanıstan təmsilçisi Danai Pigi ilə görüşü də qələbə (15:4) ilə başa vurub. Yarımfinalda bolqarıstanlı Kalina Atanasovaya 15:11 hesabı ilə qalib gələn Z.Hüseynova gərgin idman mübarizəsi şəraitində keçən final qarşılaşmasında macarıstanlı Emese Domonkosa 12:15 hesabı ilə uduzub. Beləliklə, turniri ikinci sırada başa vuran Z.Hüseynova gümüş medal, diplom və hədiyyə ilə mükafatlandırılıb.
Sablyaçımızın məşqçisi Cahangir Səfərov da turnirin xatirə medalına layiq görülüb.

31795 oxunub

InvestAZ