XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Badmintonçumuz Kamerunda birinci oldu
İdman 15:56 / 18.11.2019
 
Azərbaycan badmintonçusu Edi Reski Dviçayo Kamerunun paytaxtı Yaunde şəhərində keçirilən "Cameroon International 2019” turnirində qızıl medal qazanıb. Azərbaycan Badminton Federasiyasından verilən məlumata görə, yarışın 1 nömrəli favoriti sayılan E.Dviçayo mübarizəyə 1/8 finaldan başlayıb. Birinci görüşündə əlcəzairli Məhəmməd Əbdüləzizə 2:0 hesabı ilə qalib gələn təmsilçimiz uğurlu çıxışını 1/4 finalda da davam etdirib. Nigeriya təmsilçisi Qodvin Olofuanı ilk setdə çətinliklə məğlub edən badmintonçumuz, ikinci seti rəqibi üzərində aşkar üstünlüklə bitirib.
Yarımfinalda badmintonçumuzun rəqibi belçikalı Maksim Moreels olub. Gərgin və maraqlı mübarizə şəraitində keçən görüşdə badmintonçumuz rəqibini 2:1 hesabı ilə məğlub edib. E.Dviçayo turnirin finalında Avstriya idmançısı Luka Vraberlə qarşılaşıb. Üç set davam edən görüşün yekununda Edi rəqibi üzərində 2:1 hesablı qələbə qazanıb.
Turnirin qalibi adını qazanan E.Dviçayo hesabına 2500 reytinq xalı yazdırıb.

32361 oxunub

InvestAZ