XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Azərbaycan kubokunun püşkü atıldı
İdman 17:50 / 13.11.2019

Noyabrın 13-də AFFA-nın inzibati binasında futbol üzrə Azərbaycan kuboku uğrunda turnirin 2019-2020-ci il mövsümünün püşkatma mərasimi keçirilib.
Püşk 18 komanda arasında atılıb. İlkin mərhələdə keçiriləcək "Zaqatala”-"Qaradağ Lökbatan” və "Kəpəz”-"Ağsu” qarşılaşmalarının qalibləri Azərbaycan kubokunun səkkizdəbir final mərhələsinə yüksələcəklər. Premyer Liqada çıxış edən klublar isə mübarizəyə birbaşa səkkizdəbir final mərhələsindən başlayacaqlar.
Püşkün nəticəsinə görə, "Sabah” - "Ağsu” duelinin qalibi "Qəbələ”, "Zirə” - "Qaradağ Lökbatan” qarşılaşmasında üstün tərəf isə "Səbail” komandası ilə üz-üzə gələcəklər. Bundan başqa, "Sumqayıt” - "Zaqatala” görüşündə qələbə qazanan tərəf "Neftçi” komandasının rəqibi olacaq. "Keşlə” - "Kəpəz” qarşılaşmasının qalibi isə "Qarabağ” klubu ilə görüşəcək.
Turnirin birinci mərhələsinin oyunlarının təqvimi yaxın günlərdə açıqlanacaq.

36017 oxunub

InvestAZ