XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



“Vüqar Həşimov”dan növbəti qələbə
İdman 12:01 / 14.11.2019

Monteneqroda şahmat üzrə klublararası Avropa kubokunun dördüncü turunun oyunları keçirilib.
Növbəti turda "Vüqar Həşimov” klubu Rusiyanın "Molodejka” komandasına 4:2 hesabla qalib gəlib. Digər komandamız "Odlar Yurdu” isə Kiyev Şahmat Federasiyasının yığmasına 1:3 hesabı ilə məğlub olub.
Qeyd edək ki, "Vüqar Həşimov” klubu ötən turların hamısını qələbə ilə başa vurub. Belə ki, klub Belçikanın "Fonteine” komandasına 5:1, Sloveniyanın "Maribor” yığmasına 4,5:1,5, Rusiyanın "Primorsky District” klubuna isə 3,5:2,5 hesabla qalib gəlib. Digər komandamız "Odlar Yurdu”nun aktivində 1 qələbə, 2 heç-heçə və 1 məğlubiyyət var.
"Vüqar Həşimov” klubunun heyətində Rauf Məmmədov, Vüqar Əsədli, Ülvi Sadıqov, Anar Allahverdiyev, Aydın Süleymanlı, Əhməd Əhmədzadə və ukraynalı qrossmeyster Nataliya Buksa, "Odlar Yurdu” komandasının heyətində isə Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Zeynəb Məmmədyarova yer alıblar.

46764 oxunub

InvestAZ